525.Az

Ceyhun Bayramov qırğız həmkarı ilə danışıb


 

Ceyhun Bayramov qırğız həmkarı ilə danışıb<b style="color:red"></b>

Azərbaycan və Qırğız Respublikası Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə 525.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

 





12.04.2022    çap et  çap et