525.Az

28 may - Respublika Günü Bakıda atəşfəşanlıq olacaq


 

28 may - Respublika Günü Bakıda atəşfəşanlıq olacaq<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti 28 May - Respublika Günü münasibətilə paytaxtda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edəcək.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, mayın 28-də Dənizkənarı Milli Parkın ərazisində Saat Qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert saat 21:00-da başlayacaq və 23:00-da möhtəşəm atəşfəşanlıq olacaq.

Şəhər İcra Hakimiyyəti bütün Bakı sakinlərini və şəhərin qonaqlarını bayram konsertinə dəvət edir.

 





26.05.2014    çap et  çap et