525.Az

Osloda Qarabağla bağlı tədbir keçirilib


 

Osloda Qarabağla bağlı tədbir keçirilib<b style="color:red"></b>

Ötən həftə Skandinaviya Ölkələri ilə Mədəni Elmi Əlaqələr İctimai Birliyi Norveç Krallığının paytaxtı Oslo şəhərindəki Oslo Universitetində Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət təşkilatlarına Dəstək şurasının maaliyə dəstəyi ilə Qarabağ həqiqətləri ilə əlaqədar sərgiyə start verib. Sərgidə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımı, erməni terroru haqqında çox sayda kitablar, videokasetlər bukletlər nümayiş etdirilib. Universitetin tələbə müəllimlərinə Qarabağ həqiqətləri haqqındakı kitablar,videomateriallar bukletlər verilib.

İctimai Birliyin sədri Nazim Əhmədli Osloda fəaliyyət göstərən Azərbaycan evinin sədri Ramil Əliyev görüş iştirakçılarına sərgi haqqında məlumat veriblər.

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov da tədbirdə iştirak edib. O, çıxışında Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, xarici ölkələrdə belə tədbirlərin keçirilməsi Azərbaycan üçün çox vacibdir.

 





26.05.2014    çap et  çap et