525.Az

Ukrayna aviasiyası Donetsk hava limanı ərazisinə soxulmuş silahlılara zərbələr endirir


 

Ukrayna aviasiyası Donetsk hava limanı ərazisinə soxulmuş silahlılara zərbələr endirir<b style="color:red"></b>

Ukrayna aviasiyası bu gün Donetsk beynəlxalq hava limanına soxulan silahlı separatçılara və terrorçulara havadan zərbə endirir.

APA-nın xəbərinə görə, bu barədə özünü “Donetsk Xalq Respublikası” adlandıran qrupun nümayəndələri “Twitter”də yazıblar. Onlar əməliyyatda 3 hərbi helikopter və 2 hərbi təyyarənin iştirak etdiyini deyiblər.

Terminallardan birində yanğın başladığı bildirilir. Hava limanı fəaliyyətini dayandırıb.

 





26.05.2014    çap et  çap et