525.Az

Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib


 

Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib<b style="color:red"></b>

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 500 milyonu ötüb.

525.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 500 363 741 nəfərə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 183 944 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk yerləri bölüşür. Belə ki, bu ölkələrdə virusa iyirmi milyondan çox yoluxma qeydə alınıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 





13.04.2022    çap et  çap et