525.Az

Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək


 

Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, DGK-nın sədri, gömrük xidməti general-leytenantı A.Əliyev mayın 30-da saat 11:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi, 8) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 





26.05.2014    çap et  çap et