525.Az

Azərbaycan Ordusunun ən yaxşı snayperini müəyyənləşdirmək üçün yarış keçirilir - Video


 

Azərbaycan Ordusunun ən yaxşı snayperini müəyyənləşdirmək üçün yarış keçirilir -<b style="color:red"> Video </b>

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək.

 

 





13.04.2022    çap et  çap et