525.Az

Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün yeri açıqlanıb


 

Türkiyə-Ermənistan dialoqu üzrə növbəti görüşün yeri açıqlanıb<b style="color:red"></b>

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri bilinib.

525.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bildirib ki, üçüncü görüş də Vyanada keçiriləcək.

XİN başçısı görüşün vaxtını qeyd etməyib.

Qeyd edək ki, xüsusi nümayəndələri birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.

 





14.04.2022    çap et  çap et