525.Az

Fotoqrafiyanın tarixi - Video


 

Fotoqrafiyanın tarixi - <b style="color:red"> Video</b>

İstənilən obrazı çəkmək, mənzərə və digər obyəktlerin əksini əldə etmək insanları daim maraqlandırıb.

Mənbələrə nəzər salsaq görərik ki, eramızdan əvvəl IV əsrdə Çin filosofu Mo Di ve Yunan filosofu Aristotelin qaranlıq otaqda çevrilmiş təsvir haqqında yazıları var. Belə təsvir isə kamera obskura vasitəsilə əldə olunurdu.

Bu obyektlərin optik təsvirini almaq üçün sadə bir qurğu idi. İşıq keçirməz qutudan, divarlarının birində kiçik dəlikdən və əks divarda mat şüşə və ya kağızdan olan ekrandan ibarət idi. Optikanın atası hesab olunan ərəb fiziki və riyaziyyatçısı İbn-i Heysəm günəş tutulması zamanı şüaları incələmək üçün kamera obskura adlı sistemdən istifadə etmiş və ilk dəfə olaraq X əsrdə qaranlıq qutunun iş prinsipini təyin etmişdir. Kamera obskuranı hər hansısa bir gur işıqlandırılmış cismə yönəltdikdə əks tərəfdə cismin çevrilmiş və kiçildilmiş əksini almaq mümkün idi.

Məhz bu sadə qurğunun əsasında isə bir çox fotoaparatlar düzəldildi və XVIII əsrdən etibarən fotoaparatların lentə aldığı təsvirlərin kağıza köçürülməsi prosesi başlandı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı “525-ci Kanal” təqdim edir:

Nigar Abbasova 

 





14.04.2022    çap et  çap et