525.Az
Türkiyənin Soma şəhərinin həmkarlar ittifaqının sədri istefa verib
Türkiyənin Manisa vilayətinin Soma şəhərinin Şaxtaçıların Həmkarlar İttifaqının sədri Tamer Küçükgenay istefa verib.
Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
T.Küçükgenay bu addımı mayın 26-da Soma şəhərində 500-ə yaxın şaxtaçının onun istefası tələbi ilə etiraz aksiyası keçirməsindən sonra atıb.
Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 nəfər yaralanıb.
26.05.2014
çap et