525.Az

Azad edilmiş ərazilərdə 17 635 ədəd mina zərərsizləşdirilib


 

Azad edilmiş ərazilərdə 17 635 ədəd mina zərərsizləşdirilib<b style="color:red"></b>

Müdafiə Nazirliyi (MN) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin 1-14 aprel tarixləri ərzində MN mühəndis qoşunlarının xüsusi bölmələri tərəfindən Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı və Xocavənd rayonları üzrə 492.06 ha ərazi təmizlənmiş, 71 ədəd PHS aşkarlanıb.

525.az-ın xəbərinə görə, bu barədə İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun iclasında bildirilib.

Qeyd olunub ki, təsdiq edilən tədbirlər planına əsasən sifariş olunan layihələrdən 19-u artıq yekunlaşıb, 14 layihə üzrə isə işlərin davam etdirilir.

Ümumilikdə, MN tərəfindən 15 026 ha ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi, 17 635 ədəd mina və PHS-in zərərsizləşdirilməsi vurğulanıb.

 





15.04.2022    çap et  çap et