525.Az

"Azəristiliktəchizat" Şuşada yeni qazanxana tikir


 

"Azəristiliktəchizat" Şuşada yeni qazanxana tikir<b style="color:red"></b>

Hazırda Şuşa şəhərində "Azəristiliktəchizat" ASC-nin yeni qazanxanasının tikintisi aparılır.

525.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Qısa müddət ərzində qazanxananın inşasını başa çatdırmağı düşünürük. Azad edilən digər ərazilərdə də istilik təchizatı sistemlərinin qurulması ilə bağlı layihələrimiz var", - İ. Mirzəliyev qeyd edib.

Onun sözlərinə görə, Energetika nazirliyi, Arxitektura və Şəhərsalma Komitəsi və ölkə başçısının həmin ərazilərdəki nümayəndələri ilə razılaşdırılmaqla konsepsiya hazırlamağa çalışırıq: "Həmin konsepsiyada azad edilmiş ərazilərdə istilik təchizatı sistemlərinin qurulması strategiyasının müəyyən edilməsi nəzərdə tutulub".

 





15.04.2022    çap et  çap et