525.Az

Azərbaycanla Yaponiya arasında turizm əlaqələri müzakirə olunub


 

Azərbaycanla Yaponiya arasında turizm əlaqələri müzakirə olunub<b style="color:red"></b>

Aprelin 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ilə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi arasında keçirilən görüşdə turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb.

Görüşdə Fuad Nağıyev Yaponiya ilə turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin, eləcə də postpandemiya dövründə turizmin bərpası istiqamətində fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Müzakirələr çərçivəsində Agentlik sədri cənab səfirə işğaldan azad olunan ərazilərin yeni turizm destinasiyası kimi formalaşması istiqamətində görülən işlər haqqında məlumat verib.

Görüşdə yaponiyalı turistlərin Azərbaycana marağının yüksək olduğunu qeyd edən səfir Vada Cüniçi iki ölkə arasında birbaşa aviauşuşların yaradılmasının, səyahət agentlikləri üçün qarşılıqlı tanışlıq turlarının və B2B (Biznesdən biznesə) tədbirlərin keçirilməsinin önəmi haqqında danışıb.

Səfir “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin yaponiyalı turistlər üçün məqsədəuyğun olduğunu və layihənin regiona səfərlərin artmasına töhfə verə biləcəyini bildirib.

Müzakirələr zamanı Vada Cüniçi yaponiyalı turistlər arasında turizm potensialının tanıdılması üçün Azərbaycanı Tokioda keçirilən “JATA WTF-2022” beynəlxalq turizm sərgisində iştirak etməyə dəvət edib.

 

 





15.04.2022    çap et  çap et