525.Az

Müsavat Partiyası qurultayını iyunun 28-nə təyin edib


 

Müsavat Partiyası qurultayını iyunun 28-nə təyin edib<b style="color:red"></b>

Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib.

Bu barədə APA-ya məlumat verən partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, Təşkilat Komitəsi iyun ayının 28-nə qurultay təyin edib və qurultaya yer ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək haqqında qərar verib.
 
T.Abbaslı qeyd edib ki, qurultayın 800-1000 nəfərlik auditoriyada keçirilməsi məqsədəuyğun hesab edilib.

 





26.05.2014    çap et  çap et