525.Az

Bakıda 9 maşın toqquşub, xəsarət alanlar var


 

Bakıda 9 maşın toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Bakıda zəncirvari yol qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakı Dairəvi yolunda, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
 
Hadisə zamanı 10-dək avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
 
Qaradağ Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.
 
Polisdən bildirilib ki, hadisə zamanı 9 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.  

 





26.05.2014    çap et  çap et