Son ölkə çempionu "Qarabağ"ın yay hazırlıq planı bəlli olub. İlk dəfə Çempionlar Liqasında iştirak edəcək Ağdam təmsilçisi təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.
Bu haqda 525.az saytına klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, komanda iyunun 12-də bir araya gələcək və hazırlığın ilkin mərhələsi ayın 19-na qədər Bakıda keçiriləcək.
"Çempionlar Liqasına hazırlıq keçmək üçün gündəmimizdə Avropanın bir sıra ölkələri var idi. Sonda Avstriya variantının üzərində dayandıq. İyunun 19-da komanda Avstriyaya yola düşəcək. Təlim-məşq toplanışımız bir ölkədə baş tutacaq" - deyə o qeyd edib.
Klub rəsmisi komandanın gücləndirilməsi üçün transfer işlərinin davam etdirildiyini bildirib:
"Hələ ki, razılığa gəldiyimiz futbolçu yoxdur. Bəzi oyunçularla danışıqlar gedir. Müzakirələr müsbət nəticələnsə, müqavilə imzalanacaq".
çap et