525.Az

Mariupol - İbrahimxəlildən yeni şeir


 

Mariupol -<b style="color:red"> İbrahimxəlildən yeni şeir</b>

Mariupol

Bir Mari varıydı: Mari – Mariya;
şehli dodağında şərqi yaşıyan.
Ona çox deyirdim: gəminmi batıb? – 
versən bir fikrini Şərqə daşıyam.

Mən Kırım xanının oğlu deyildim,
amma Azov boyu elə abaddı!
...Ona çox deyirdim: gəminmi batıb? – 
eh, gəmisi nədir, şəhəri batdı!

Batan şəhərlərə oxşayan ruhun
işığı beləmi keçirmiş, yarəb?
Adamlar göylərə köç eləyirmiş,
şəhərlər haraya köçürmüş, yarəb!..

Dirilmə günündə dirildəcəksən,
nolar, durnagözlü sözünü dirilt.
Olar o gün məni diriltməsən də,
onun şəhəriylə özünü dirilt...

 





18.04.2022    çap et  çap et