525.Az

İlham Əziz "Şimşəkdən sonra" kitabını təqdim edib - Foto


 

İlham Əziz "Şimşəkdən sonra" kitabını təqdim edib -<b style="color:red"> Foto</b>

Aprelin 16-da "Libraff" kitab evində yazıçı İlham Əzizin "Şimşəkdən sonra" adlı hekayələr kitabı ictimaiyyətə təqdim olunub.

Təqdimatda tanınmış yazıçı və şairlər, ədəbiyyatçılar, incəsənət adamları iştirak ediblər. Tədbirin moderatoru yazıçı, publisist Sərdar Amin İlham Əzizin hekayələrinə qarşı həssaslığından söhbət açaraq onun  təvazökarlığından bəhs edib. O deyib ki, yazıçı yaradıcılığa gec başlasa da, onun bədii nümunələri ədəbi mühit tərəfindən maraqla qarşılanıb, müzakirə mövzusuna çevrilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu, tənqidçi, professor Cavanşir Yusifli, yazıçı, publisist Şərif Ağayar, şair Cəlil Cavanşir, yazıçı Samirə Əşrəf, yazıçı, şair Nadir Yalçın İlham Əzizin hekayələri barədə fikirlərini bölüşüblər, ona yeni-yeni yaradıcılıq uğurları arzu ediblər.

Səlim Babullaoğlu təqdimatda Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini İlham Əzizə təqdim edib.

Rəsmi hissənin ardınca müəllif oxucuları üçün kitablarını imzalayıb, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, İlham Əziz 2017-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. İlk hekayəsi dərc olunan andan ədəbi mühitin diqqətini cəlb edib. Qəzet və saytlarda yayımlanan ədəbi nümunələri barədə tanınmış ədəbiyyatçılar, tənqidçilər müsbət rəy veriblər. "Şimşəkdən sonra" hekayələr toplusu müəllifin ilk kitabıdır. Kitabda İlham Əzizin yaradıcılığında fərqlənən 10 hekayə yer alıb. Kitabın redaktoru Sərdar Amin, korrektoru Nadir Yalçındır. Rəsmlər isə Aynur Aydına məxsusdur.

ÜMİD

FOTOLAR ALPƏR CƏBRAYILA MƏXSUSDUR

 





19.04.2022    çap et  çap et