525.Az

Türkiyənin cənub-şərqində zəlzələ baş verib


 

Türkiyənin cənub-şərqində zəlzələ baş verib<b style="color:red"></b> Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində Rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi məlumat verib.

Boğaziçi Universitetinin Qəndilli rəsədxanasının və Türkiyənin Seysmoloji Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ mayın 27-də yerli vaxtla saat 03.16-də baş verib.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.

Zəlzələ əhali arasında təşvişə səbəb olub.
 





27.05.2014    çap et  çap et