525.Az

"Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlanıb - Foto


 

"Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlanıb - <b style="color:red">Foto</b>


Bakıda "Qanun Nəşrlər Evi"nin yaxınlığında qumbara aşkarlanıb.

525.az xəbər verir ki, bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.

O bildirib ki, binanın ətrafını təmizləyən fəhlə qumbara aşkar edib: "Qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər".

Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

FHN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

 





19.04.2022    çap et  çap et