525.Az

Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması müzakirə edilib


 

Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş olub.

Bu barədə 525.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.

 





19.04.2022    çap et  çap et