525.Az

İranda güclü zəlzələ olub


 

İranda güclü zəlzələ olub<b style="color:red"></b> İranda güclü zəlzələ baş verib.
 
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Suza şəhərinə təsadüf edib. 5.2 bal gücündə olan zəlzələ mayın 27-də Bakı vaxtı ilə səhər saat 10:44-də yerin 14 km dərinliyində meydana gəlib.
 
Təbii fəlakət Suzadan 30 km, Bəndər Laftdan 41 km və Dərgahandan 49 km uzaqlıqda baş verib.
 
İnsan itkisi və tələfat yoxdur.
 





27.05.2014    çap et  çap et