525.Az

Şahbaz Xuduoğluna Fransanın "Cəngavər" ordeni təqdim olundu


 

Şahbaz Xuduoğluna Fransanın "Cəngavər" ordeni təqdim olundu<b style="color:red"></b>

Aprelin 19-da Fransanın Azərbaycandakı səfirliyində "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluna Fransa Mədəniyyət Nazirliyi tərəfindən verilən "İncəsənət və ədəbiyyat" sahəsi üzrə "Cəngavər" ordeninin təqdimetmə mərasimi keçirilib.

525.az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, səfirliyin əməkdaşları, Azərbaycanın tanınmış yazıçıları, tərcüməçiləri, media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir qonaqları salamladıqdan sonra Şahbaz Xuduoğlunun naşir kimi fəaliyyətinə yüksək qiymət verdiyini bildirib, Fransa ilə bağlı kitabların çapındakı uğurlu işlərini xüsusi ilə vurğulayıb. Çıxışının sonunda o, "Cəngavər" ordenini Şahbaz bəyə təqdim edib.

Ş.Xuduoğlu tədbirdə geniş nitq söyləyərək nəşriyyat fəaliyyətinə başlamasından, Faransa ədəbiyyatında olan marağından, Faransa-Azərbaycan əlaqələrinin tarixindən danışıb. O, indiyədək adı gedən ölkənin müəlliflərinin yüzdən artıq kitabını nəşr etdiyini deyib. Bu ali mükafat üçün Fransanın Mədəniyyət Nazirliyinə və cənab səfirə minnətdarlığını bildirib.

Xatırladaq ki, Ş.Xuduoğlu Fransanın nüfuzlu "İncəsənət və ədəbiyyat" ordeninin "Cəngavər" rütbəsinə layiq görülməsi ilə bağlı rəsmi məktubu ötən ilin oktyabrında almışdı.

 





21.04.2022    çap et  çap et