525.Az

Daş karxanasında bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs tutulub


 

Daş karxanasında bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs tutulub<b style="color:red"></b>

Bakıda daş karxanasında bir nəfəri öldürən, digərini isə bıçaqlayan şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 25-də Səngəçal qəsəbəsində yerləşən daş karxanasında Nurəddin adlı şəxs orada fəhlə işləyən Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib.
 
F. Məmmədov aldığı xəsarətlərdən mayın 26-da xəstəxanada ölüb. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Tovuz rayon sakini Nurəddin Məmmədov tutulub.

 





27.05.2014    çap et  çap et