525.Az

Tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxdu


 

Tibb işçisi 20 gündə iki dəfə koronavirusa yoluxdu<b style="color:red"></b>

 

İspaniyada tədqiqatçılar 31 yaşlı tibb işçisinin 20 gündə iki dəfə koronavirusa yoluxduğunu bildiriblər.

525.az-ın xarici KİV-ə istinadən xəbərinə görə , test nəticələri göstərib ki, tibb işçisi əvvəlcə dekabrın sonunda virusun “Delta”, sonra isə yanvarda “Omicron” variantına yoluxub.

Tədqiqatçılar bildiriblər ki, bu nəticə o deməkdir ki, siz daha əvvəl koronavirusa yoluxmusunuzsa, tam peyvənd olunsanız belə, yenidən virusa yoluxa bilərsiniz.  İspan tibb işçisi ilk testi müsbət nəticə verdikdən sonra heç bir simptom göstərməyib. 

Sonradan üç həftədən az müddətdə öskürək və yüksək hərarət əlamətləri göstərən tibb işçisi başqa bir test verib və nəticə müsbət çıxıb. İki testin sonrakı təhlili xəstənin ayrı-ayrılıqda iki fərqli varianta yoluxduğunu aşkar edib.

El Roman
 

 





21.04.2022    çap et  çap et