525.Az

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılıb


 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılıb<b style="color:red"></b>

Azərbaycanda yeni İctimai Birlik - "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) yaradılıb.

"525.az" "Report"a istinadən xəbər verir ki, təşkilatın İdarə Heyətinin sədri Rahid Ələkbərovdur.

O, vaxtilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi olub.

Assosiasiya kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək verəcək, milli maraqların təbliğat və dezinformasiya fəaliyyətindən qorunmasına çalışacaq, bu mübarizədə müvafiq təkliflərin verəcək, görülən işləri əlaqələndirəcək.

 





22.04.2022    çap et  çap et