525.Az

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı layihə həyata keçirilməyə başlanıb


 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı layihə həyata keçirilməyə başlanıb<b style="color:red"></b>

“Müasir cəmiyyət və qadın hüquqları”   İctimai Birliyi 1 aprel  2014-cü il tarixindən  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının        maliyyə yardımı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı ictimai müzakirələr adlı layihəni həyata keçirməyə başlayıb.
 
Layihənin məqsədi
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrində qarşıya qoyulmuş vəzifələrlə bağlı ictimai müzakirələrin təşkil olunmasıdır.

Bu məqsədlə təşkilat “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə vətəndaşları məlumatlandırmaq, Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrindəki vəzifələrin ictimai  müzakirəsini təşkil etmək, vətəndaşların sosial müdafiə sisteminin qurulması sahəsindəki yeniliklərin  müqayisəli təhlilini  aparmaq, Dövlətin vətəndaşına göstərdiyi qayğının və diqqətin təbliğinə  nail olmaq kimi məsələlərlə bağlı  ictimai müzakirələr keçirir.

Keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyinsədri Xanım Əhmədzadə   layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verərək bildirib ki,  dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qısa zamanda  siyasi və iqtisadi resurslarını möhkəmlədərək dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnməklə özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb,  yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanıb.  Qlobal iqtisadi-maliyyə böhranı illərində bir çox ölkələrin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etmiş, makroiqtisadi sabitlik təmin olunub.

2012-ci il  dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası   inkişafın iqtisadi aspektləri ilə yanaşı, özündə insan kapitalının inkişafını, səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın güclənməsinı, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir. 2020-ci ilədək dövrü əhatə edən bu Konsepsiyada  qeyd olunduğu kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

İctimai müzakirələr zamanı iştirakçıları maraqlandıran  suallar cavablandırılıb, təklifləri və rəyləri dinlənilib.

 

 





27.05.2014    çap et  çap et