525.Az

“The Korea Herald” qəzeti Azərbaycan haqqında yazdı


 

“The Korea Herald” qəzeti Azərbaycan haqqında yazdı<b style="color:red"></b>

 Koreya Respublikasının nüfuzlu “The Korea Herald” qəzetinin 27 may tarixli sayında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsinə, o cümlədən “Azərbaycan - qədim odlar yurdu” və “Azərbaycan Respublika Gününü qeyd edir” adlı məqalələrə yer verilib.

Bu barədə APA-ya Azərbaycanın Koreyada Respublikasındakı səfirliyindən məlumat verilib.
 
E. Məmmədyarovun müsahibəsi Azərbaycanın geostrateji mövqeyi və Şərqlə Qərb arasında körpü rolunu oynaması, son 10 il ərzində ölkədə iqtisadi sahədə əldə olunmuş nailiyyətlər, Dağlıq Qarabağ münaqişəsi və son 5 ildə Azərbaycan-Koreya münasibətlərinin inkişaf tempi kimi məsələləri əhatə edib. Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir Azərbaycanın sülhün bərqərar olması istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın öz təcavüzkar siyasətini davam etdirməsi və beynəlxalq hüququn əsas prinsiplərinə hörmətsizlik etməsi səbəbindən münaqişənin uzunmüddətli həllinə nail olunmadığını bildirib. O, Azərbaycanın Koreya ilə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişləndiyini, son illər ərzində hər iki ölkənin parlamentləri və müdafiə sahəsinə cavabdeh qurumları arasında əməkdaşlığın daha da intensivləşdiyini nəzərə çatdırıb.
 
“Azərbaycan - qədim odlar yurdu” adlı məqalədə Azərbaycanın qədim tarixi, mədəniyyəti və təbiəti barədə məlumatlara yer verilib, ölkənin öz rəngarəngliyi ilə seçildiyi qeyd olunub.
 
“Azərbaycan Respublika Gününü qeyd edir” başlıqlı məqalədə isə 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət qurmuş Azərbaycanın həmin dövrlərdə əldə etdiyi nailiyyətlər, ADR tərəfindən həyata keçirilmiş islahatlar, habelə ADR-in varisi olan müasir Azərbaycanın son illər ərzində beynəlxalq miqyasda artan nüfuzu barədə məlumatlar əksini tapıb.

 





27.05.2014    çap et  çap et