525.Az

Türkiyənin Uruqvaydakı səfiri XİN-ə çağırılıb


 

Türkiyənin Uruqvaydakı səfiri XİN-ə çağırılıb<b style="color:red"></b>


Türkiyənin Uruqvaydakı səfiri Hüseyn Müftioğlu xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinə görə bu ölkənin Xarici işlər nazirliyinə çağırılıb.

APA-nın xəbərinə görə, bu barədə “Clarin” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Çavuşoğlu onun səfərinə etiraz edən erməni diasporunun aksiya keçirdiyi ərazidən ötərkən onlara “Boz qurd” işarəsi göstərib. Bu da yerli ermənilərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, Çavuşoğlu Montevideoya səfəri çərçivəsində Türkiyənin səfirliyinin açılışında iştirak edib və bir sıra görüşlər keçirib.

 





24.04.2022    çap et  çap et