525.Az

Gəncədə Kəlbəcər şəhidlərinin xatirəsinə bulaq salınıb


 

Gəncədə Kəlbəcər şəhidlərinin xatirəsinə bulaq salınıb<b style="color:red"></b>

44 günlük Vətən müharibəsində Kəlbəcər rayonunun yerirməsi olan şəhid döyüşçülərin əziz xatirəsini əbədiləşdirmək üçün inşa olunan bulağın açılışı olub. Bulaq Gəncədə yerləşən Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin adını daşıyan, Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbin həyətində inşa edilib. Kəlbəcər rayon rəhbərliyinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbirdə vətən müharibəsində qazanılan qələbədən danışılıb. Dövlət, ordu və xalq birliyi nəticəsində 30 illik işğalda olan torpaqlarımız azad edildiyi, ərazi bütövlüyümüz bərpa olunduğu bildirilib. Vətən torpağının azad edilməsi üçün canlarından, qanlarından keçənlərin heç vaxt yaddaşlardan silinməyəcəyi xatırladılıb.

Şəhid valideynləri, vətən müharibəsi iştirakçıları, şağirdlər, müəllimlər və qonaqlar öz çıxışlarında 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından söhbət açıblar.

Şəhid ailələri bulağın ərsəyə gəlməsində zəhməti keçən insanlara, açılış mərasimində iştirak edənlərə təşəkkürlərini bildiriblər.

"Bizim övladlarımız məcburi köçkünlük səbəbindən öz doğma ocaqlarından kənarda böyüsələr də daim Vətənin bütövlüyünün bərpası amalını irəklərində gəzdirib, onun uğrunda canlarından keçməyə hazır olublar. İndi bizim şəhid övladlarımızın xatirəsi ölkəmizin hər bir guşəsində əziz tutulur, onlar hər bir azərbaycanlının qəlbində yaşayırlar. Bu gün bu açılışda bu hisslər bir daha özünü biruzə verdi" - deyə, şəhid atası Vaqif Əliyev bildirib.

Xatirə bulağının açılışında Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin musiqi kollektivinin və məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər, musiqilər səsləndirilib.

Zakir MURADOV,

Gəncə

 





25.04.2022    çap et  çap et