525.Az

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir


 

Laçında itkin düşən hərbçilərin axtarışı davam edir<b style="color:red"></b>

Laçında itkin düşən hərbi qulluqçuların axtarışı davam edir.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir.

"Yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", - qeyd olunub.

 

 

 

 





26.04.2022    çap et  çap et