525.Az

Gürcüstanın XİN başçısı Azərbaycana gəlir


 

Gürcüstanın XİN başçısı Azərbaycana gəlir<b style="color:red"></b>

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixində Azərbaycana rəsmi səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İ.Darçiaşvili səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.

 





26.04.2022    çap et  çap et