525.Az

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub


 

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub<b style="color:red"></b>

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, parlamentin növbəti toplantısı mayın 5-də keçiriləcək.

İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin II oxunuşda müzakirəyə çıxarılması, habelə digər layihələrin müzakirəsi gözlənilir.

 





27.04.2022    çap et  çap et