525.Az

Samuray mənəvi ruhu yaşayır - Telman Orucov yazır


 

Samuray mənəvi ruhu yaşayır -<b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

Şiryu həm də faydalı misalları götürüb, sadə bir cilddə toplamış, onları gənc adamlara göstərmək istəmişdi. O yazır ki, "Yaxşı qılınclı adam gec getsə də, tez gəlir. Bu o deməkdir ki, sən yavaş-yavaş tələni qur, çünki rəqib vuruşdan imtina etsə, bu, səmərəli olmayacaqdır. Mən onu xeyli uzaq məsafədə darmadağın etdim. İrəli çıx, dəli kimi hərəkət et. Vurduqlarının, məhvə yaxınlaşanların hamısını məhv et".

Müharibə cığırı heç bir titrəməyə və tərəddüdə, inamsızlığa və özünə şübhəyə, qərar verməməyə və qətiyyətsizliyə malik olmayacaqdır. Bu, ona hərəkəti  sonraya saxlamağa da imkan verməyəcəkdir. Fərasətli heyvan ətrafında olan hər tərəfə dönüb baxır, yoxlasan ki, onu izləyən varmı, çünki həmin izləyənlər onu tutub məhv edə bilərlər. Səfeh heyvan isə ətrafa nəzər salır ki, özünün buraxdığı səhvlərə baxsın. Bütün qılınc gəzdirənlər tərəddüddən və şübhə etməkdən əzab çəkirlər. Əgər sən müdriksənsə, hərəkət etməkdən özünü qətiyyən saxlama.

Sadə bir quldur başında əməlinin qiymətinin düşünməklə, açıq yerdə görünməmək üçün gizlənir, çünki onu minlərlə adam ovlamaq istəyir. Burada biri vardır ki, o, kənara da ehtiyatla baxır, istəyir ki, canavarı müşahidə edə bilsin. Hər bir adam qorxur ki, əgər zorakılığa başlasa, kiməsə bir xətər toxundura bilər. Əgər sən buna diqqət versən, sadə bir vuruş vəziyyəti yaranacaqdır. Əgər biri düşünür ki, qələbəsi ilə özünə ad qazansın, bu vaxt digəri isə bilir ki, ayaqlarının altındakı torpaq onun qəbri ola bilər. Ona görə də addım-addım irəli gedir. Misal gətirdiyimiz həmin adamların arasındakı fərq, əlbəttə ki, nəhəng ölçüdədir.

Bir döyüşçü qılıncı ilə özü haqqında şərqi oxuyur. Şəhərin mərkəzindəki on min adamdan biri isə öz təhlükəsizliyinə məhəl qoymur. Buna səbəb o deyildir ki, biri igidliyə malikdir və adamların qalan hissəsi isə bu keyfiyyətə cavab vermir. Çox vaxt bu, onların yaşamaq və ya ölmək məqsədindən asılı olur. Əgər bir igid adam ölsə, o, ölümünə qədər yəqin ki, on adamla rastlaşmışdı, on adam isə yüzü ilə, yüzü də mini ilə, min də öz növbəsində on min nəfərlə qorxu hiss etmədən görüşə bilərdi və bu on min adamla sən dünyanı fəth edə bilərsən.

Çox-çox əvvəllər əsgər artıq qılınca bağlı adam kimi düşünülürdü, ləng hərəkət etməyə və tərəddüdə də qorxaqlıq əlaməti kimi baxılırdı. Geri çəkilməyi isə vuruşan adam hansısa bir öz marağı ilə izah edirdi. Bu eqoizm, ya qətiyyətsizlik baş verdikdə, yaxud da sürət itirildikdə qərar vermək şansı artıq əldən çıxır. Bu ac quzğunun quşu tuta bilməməsinə, acgöz pələngin ələ keçirdiyi ovunu itirməyinə bənzəyir.

Nə vaxt sən möhkəm qaydada qərara gəlmisən ki, yəqin ki, ölümlə üz-üzə gələcəksən, aşıb-daşan qorxu düşüncələri sənin ağlında yoxa çıxacaqdır və sən özün üçün cəsarətli möhkəmlik ruhu yaradacaqsan. Beləliklə, sən irəli gedəcək və imkan olsa, geri çəkiləcəksən. Sən özün üçün mühakimənin qəribə bir vəziyyətinə çatacaqsan. Şübhələr səni niyə narahat edirdi? "İrəli getmək" ifadəsi ilə biz düşmənlə üz-üzə gəlməyi və ona təzyiq göstərməyi nəzərdə tuturuq. "Geri çəkilmək" sözü altında isə biz düşməni öldürmək və geri dönmək mənasını ifadə edirik. Bu, irəliləməkdə və geri çəkilməkdə həlledici bir məsələdir. Düşmənin güclü olduğu baş versə, səni geri çəkilməyə məcbur etdikdə, bu, özlüyündə irəliləmək və geri çəkilmək deyildir. Prinsip etibarilə, bu, ən böyük səhvdir. Cəngavər yalnız igidlik baş vermədikdə əzab çəkir, görən onda qabiliyyət yoxa çıxmadımı? Cəngavərin igidliyinin yoxa çıxması xəstəlik hesab olunur. O, fərqlənmək üçün heç bir ada malik deyilsə, təşviş hissi keçirməməlidir. Döyüş başlayan vaxt mükafatı almaq naminə qılınc düşmənin bədəninə soxulmalıdır.

Çin tarixindən bir əhvalat yada düşür. Çu kralı bir gün öz bağında gəzəndə orada bir ağ meymun gördü. Kral istedadlı oxatan idi, meymunu oxla vurmaq istədi, lakin atdığı çox sayda ox ona dəymirdi. Meymun buna gülürdü və ağaca dəyən oxları çıxarıb kənara tullayırdı. Kral öz cəsur oxatanını çağırtdırdı. O, yayını əlinə götürəndə meymun budaqdan yapışıb narazı bir səs çıxardı. Deməli, ən zəif rəqibinin də potensialını nəzərə almalısan.

Qalib orduya gəldikdə, o, suya bənzəyir, su yumşaq və zərif olmasına baxmayaraq, onun təsiri ilə qaya da qum kimi dənəvərləşib, toza çevrilir. Burada heç bir qəribəlik yoxdur, su öz təbiətinə uyğun olaraq hərəkət etdikdə, onun yalnız toxunması kifayətdir. Təsadüfi deyil ki, ona sitayiş edənlər Taonu suya bənzədirdilər, su kimi fərqənməməklə Çin dilində bu, "yol", "cığır" mənasını verən Tao və ya Dao nəhayətsiz olaraq özünü doldurur, yumşaq və sakitdir, nəhəng qüdrətə malikdir, qərəzsiz qayada əliaçıqdır. Qalib ordunu da suya bənzətmək bu mənanı verir. Yumşaq və zəif olan su quru qayaya toxunanda, onun xırda qum dənələrinə parçalanmasına səbəb olur, çünki yalnız bir cığırla getmək suyun təbiətindədir. Onun digər cisimlərə toxunması da təmizdir. Döyüşçü də bunu intuitiv qaydada anlayacaqdır. Yeni döyüş sənətlərini və peşələrini yaxşı öyrənənlər heç də tezliklə öz rəqibi ilə üz-üzə gəlməyəcəkdir, ancaq özünü elə göstərəcəkdir ki, zərbə vurur, bununla onu qorxutmağa çalışacaqdır.

Elələri də vardır ki, muşketlə yüz addımlıqdan söyüd yarpağını vurub yerə salır, evin damına qonmuş quşları yalnız onların səsini eşitməklə vura bilir. Durna öz uzun ömürlülüyünə, daxilində durğunluq enerjisi olmadığına görə nail olur. Hamı eyni ideyaya malikdir, bu ideya işıqlaşmış sakitliyə və ruhi hərəkətə əsaslanır. Tələbələr buradakı işıqlanma yolunu tapanda, ondan həvəslə istifadə edir və həyat imkanlarına uyğun hərəkət edirlər.

Bu, qılınca sahib olmanın həm düzgün, həm də səhv yoludur. Əgər sən səhv yola düşmüsənsə, qələbəyə nail ola bilməyəcəksən. Çünki bu yol saxtadır. Kimsə öz müəlliminin sözlərinə (yaponların sensey adlandırdıqları müəllim böyük nüfuz sahibi olur - müəllif) azacıq da olsa şübhə edirsə, bu sənətin daxili sirlərini öyrənmək sahəsində usta olmaqda hökmən uğursuzluğa düçar olacaqdır. Ancaq qılıncın texnikasına inanan adam hətta toplara da qalib gələ bilər. Axı uzun qılıncdan da yalnız bir əllə istifadə olunur.

Üç cığır vardır ki, sən onlarla yaxşı texnikaya yiyələnməlisən. Həmin cığırlar bunlardır:

ağıl, forma, qılınc

forma, qılınc, ağıl

qılınc, forma, ağıl

Belə bir şeir də vardır:

Min rəngi görə bilərəm

Əsməsindən küləyin mən

Payız yarpaqları görən

Bilirmi ki, töküləcək?

Bu sözlərin nə məna daşıdığını sən başa düşməlisən. Külək üçün xarakterik olan xüsusiyyətdən istifadə etmək yolu ilə.  Döyüşü udmaq elə bir şeydir ki, rəqib onu görə bilməz. Bu yalnız o vaxt həyata keçəcəkdir ki, sən döyüşü udduqdan sonra onlar öz uduzduqlarını görəcəklər.

Təcrübənin vacibliyi

Konfutsi adamları xarakterizə edərkən demişdi: "Fövqəl adam başqasını yüksək hörmətə malik olmaqda saxlaya bilməz, çünki öz sözündən istifadə etməklə belə aşağı qiymətə düşməsindən də onu qoruya bilməz". Texnika terminində əllərin, ayaqların, ağılın və bədənin hərəkətlərini bütöv dəqiqliklə tətbiq etmək nəzəriyyəsi mövcuddur. Bu nəzəriyyənin həyata keçməsi qılıncın yaxşı hərəkət trayektoriyasına nail olmaq üçün vacibdir ki, əzələlər dəqiq hərəkət etməkdən ötəri inkişaf etdirilsin. Əgər sənin təcrübən yoxdursa, dəqiq hərəkət etməyə qadir olan əzələlərə malik olmayacaqsan.

Müəllim çalışacaqdır ki, özü tərəfindən səni idarəetməsi prosesi ciddi xarakter daşısın. Sən də buna qayğıkeşliklə yanaşmalısan, sənətin dərin cəhətlərini mənimsəməlisən. Sən düşünəcəksən ki, çarpazlasan qılınclar həqiqətən də müstəsna dərəcədə vacibdir. Ancaq buna sən bir qədər sonra gəlib çatacaqsan. Qılıncı başqasının bədəninə soxmaq yalnız final səhnəsinin hədəfidir. İlk əvvəl sən ona zərbə vurmağı bilməlisən, rəqib hərəkət etmişdirsə, onu yenidən sınamalısan. Qılıncdan istifadədə sadə adamla texniki terminlərlə danışmaq lazım deyildir. Qılınclı adamların alnında tər görünməyə başlayır. Bu tər heç də başqasının naminə meydana gəlmir. Ürəkdə daşınanlar bu vaxt sifətdə də aşkara çıxır.

Men-Tszı (Menqzi) deyirdi: "Ölmək və ölməmək vaxtları vardır (Onun bu sözləri Bibliyanın "Ekliziast" kitabındakı çar Solomonun həyatın dilemmaları barədə söylədiyi mülahizələrə çox bənzəyir - müəllif). Ölüm igidliyi zəiflədir. Döyüşçü həmişə igid olmaq məqsədini güdür. Bu elə bir şeydir ki, istənilən döyüşçü onu daim söyləyə bilər. Buna baxmayaraq, döyüş başlananda ilkin səbəbə adətən şübhə ilə baxılır. Və beləliklə, qılınc texnikası heç nəyi nəzərə almadan hücum etmək üçün heç də irəli atılmağı tələb etmir. Qorxu hissindən qaçmalısan. Hər şeydə qələbənin hökmən baş verməsi həlledici vəzifədir. Bunu anlamaqla sən mübarizə aparmalısan. Sən özündən yüksəkdə dayanan adamları - atanı, sənə dərs verəni vaxtilə müşayiət etmiş qılıncı ehtiyatla gəzdirməlisən. Çünki sən silahlı olduğundan bu ehtiyatlılıq birinci növbədə öz xeyrinə istiqamətlənməlidir.

Matsura Seyzan yazır ki, "Böyük həsrətlə buddizm barədə düşünmək istəyəndə bu sözlərin deyildiyi Sutra məni valeh etdi (Sutra sanskrit dilində "sap" deməkdir, qədim hind fəlsəfi, dini, elmi və hüquqi (həmçinin tibbi) traktatlardır - müəllif).

"Səmadakı yeni ayın çevrəsi suda əks olunurdu. Ona görə də məktəb məhz "entey" ("aydın çevrə") adlanmamışdımı?"

Qılınc gəzdirmək əvvəllər Çində meydana gəlmişdi. İmperator Minin dövründə ər və arvad öz əməllərinə görə şəhid olmuşdular. Bu vaxt guya qılınclardan biri əjdahaya çevrilmişdi (Çinlilərdəki əjdaha Avropada mövcud olan onun barəsindəki mənfi, qorxunc təsəvvürlərdən tam fərqlidir, əksinə, bolluq gətirəndir, adamlara heç vaxt ziyan vurmur - müəllif).

Dünyada təbii cığır vardır, təəssüf ki, adamlar onu bilmirlər. Əgər bilsəydilər, onda münəccim adlanardılar. Bu, həm də göylə harmoniyada olan enerji adlanır. Müəllimlə kontakta girmək kişilik fazasına daxil olmaq mənasını verir. Texnika sadəcə olaraq elə bil ki, okeana düşmüşdür. Bir gün biri gəlib döyüşçü məktəblərinin möhkəmliyini və zəifliyini müzakirə etməyə başladı. Söhbətlərə maraqla qulaq asandan sonra sənətin bütöv ustalığına yiyələnməyə qadir olmayacağı qənaətinə gəldi. "Qılınc gəzdirməkdəki cahillik" kitabının müəllifi həmin əsərində öz uşaqlıq cəhalətinə xas olanları təsvir edirdi.

Böyük mütəfəkkir Lao-Tszı (bəzi Çin taoistləri düşünürdülər ki, məhz Lao-Tszıda Budda reinkarnasiya edəcəkdir - müəllif) deyirdi: "Bu prinsipin ləyaqəti ondadır ki, həmin vaxt göy üzü açıq və təmiz olur, Yer statiklik qazanır və şüurlar ilahi xüsusiyyətli olur. Ona görə dünyada hər şey daimidir, kompaktdır. Əgər onlar təmiz olmasaydı, ayrı-ayrı hissələrə parçalanardı. Əgər Yer üzü stabil deyilsə, dağılacaqdır. Əgər ruhlar heç bir könülə malik deyillərsə, onlar fəaliyyətsiz olacaqdır. Əgər vadilər münbit olmasaydı, onlar taqətdən düşənə çevrilərdilər, bütün yaradılanlar həyat ruhu ilə dolu deyildirlərsə, onlar məhv olacaqdır. Əgər çarlar və torpaq sahibləri nizama riayət etmirlərsə, onlar büdrəyəcəklər. Harda ki, münaqişə var, orada qələbə və məğlubiyyət olacaqdır. Həmçinin deyilir ki, Tao birini yaradır, bir ikisinin doğulmasına səbəb olur, iki üçüncünü meydana gətirir və üçdən bütün yaradılanlar dünyaya gəlir. Hər şey birə qayıdır, üç həm də o sayda güc deməkdir. Onların hamısı Böyük nəhayətsiz Boşluq prinsipinin heç nəyindən qalxır. On min şey Tao ilə başlanır. Tao hər şeyin mənbəyidir. Əlbəttə, bu, təbiətin özünün prinsipidir".

(Tao və ya Dao çin sözü olmaqla, "yol", "cığır" mənasını verir. Tao adətən təbiət elementləri terminlərində ifadə olunur, sintoizmə yaxındır, suya bənzəyir. Su həm təmizləyir, həm də məhvedicidir. Müasir ifadədən istifadə etsək, su olduqca sadə kimyəvi tərkibə malikdir, lakin bu sadəlikdə həm də böyük mürəkkəblik gizlənir - müəllif).

(Ardı var)

 





27.04.2022    çap et  çap et