525.Az

"Azercell"in sərfəli internet paketləri: icmal


 

"Azercell"in  sərfəli internet paketləri: <b style="color:red"> icmal</b>

Bu gün internet xidmətləri təklif edən operatorlar diqqəti istifadəçilərin ən çox maraqlandığı populyar xidmətlərə yönəldirlər. Azercell-in təklif etdiyi bütün internet paketləri ilk növbədə sosial şəbəkələr, yazışmalar, videozənglər və musiqi dinləmək üçün nəzərdə tutulub. İnternetdən rahat istifadə etmək üçün əsas tarifdən əlavə, provayderin təklif etdiyi paketlərdən də faydalanmaq mümkündür.

1GB internet – düzgün məlumatın dəyərini bilənlər üçün 

Azercell-in təklifləri arasında 1GB-lıq internet paketi mövcuddur. İstifadə təfərrüatları:

•    Paket 30 gün müddətinə təqdim edilir;
•    Xidmət haqqı 5 AZN təşkil edir;
•    İnternetin həcmi təxmini olaraq 150 saat onlayn rejimdə musiqi dinləmək və yaxud 16 saat sosial şəbəkələrdən yararlanmaq imkanını təqdim edir.

Bu paket internetdən rasional istifadə edənlər üçün uyğundur. Paketi 2525 nömrəsinə “1” yazıb göndərməklə və ya *100*1#YES yığmaqla aktivləşdirmək olar.

5GB internet - daha çox imkanlar

Qiyməti 10AZN təşkil edən 5GB-lıq internet paketi abunəçilər arasında ən çox istifadə olunanlar siyahısındadır. Paketin potensial imkanları:

•    6 saat video izləmək imkanı;
•    15 saat videozəng etmək fürsəti;
•    80 saat musiqi dinləmək imkanı.
Bu paketi 2525 nömrəsinə “5000” yazıb göndərməklə və ya *100*5000*YES yığmaqla bir ay müddətinə istifadə üçün aktivləşdirmək olar. Paketin balansını *100#YES yığmaqla öyrənmək mümkündür.

50GB - bol internet

50GB internet paketini əldə etmək çox sərfəlidir. Bu paketin həcmi 90 saat videoyayım və 150 saat videozəng etməyə imkan verir. Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün paketin qiyməti 30 AZN təşkil edir.

Paket qeyd edilən vaxtdan əvvəl də deaktiv edilə bilər. Belə olduğu halda, internetdən əsas tarifə uyğun olaraq istifadə olunacaq. 2525-ə "stop ay" və ya "0" yazıb göndərməklə paketi deaktiv etmək olar. Həmçinin bunu smartfonda *100*0#YES kodunu yığmaqla da etmək mümkündür.
 

 





28.04.2022    çap et  çap et