525.Az

"Azərbaycanlı" layihəsi davam edir - Video


 

"Azərbaycanlı" layihəsi davam edir -<b style="color:red"> Video</b>

"Azərbaycanlı" layihəsi davam edir.

525.az xəbər verir ki, Azərbaycanda ilk intellektual oyun kanalı olan Bilmag Tv-nin “Azərbaycanlı” layihəsində əfsanəvi qəhrəman – Sultan bəy Sultanovdan bəhs edilir.

Sultan bəy Qarabağda azərbaycan türklərinə qarşı soyqırımı törədən erməni quldurlarının qənimi olub. Cinayətkar Andranikin 5 min nəfərlik ordusunu pusquya salaraq cəmi 300 nəfərlik dəstəsi ilə darmadağın edən Sultan bəy tariximizin ən parlaq simalarındandır. 1906-cı ildə, Şuşa ətrafında baş tutmuş məşhur döyüşdən sonra, Səməd bəy Mehmandarov əlini Sultan bəyin çiyninə qoyaraq demişdi: “Vaxt gələcək, uğrunda döyüşdüyün xalq Laçın qayasının zirvəsində sənə heykəl ucaldacaq....”

Bilmag kanalının “Azərbaycanlı” layihəsinə öz təkliflərinizi və təklif etdiyiniz adları yazmaqla, dünyada azərbaycanlı obrazının təqdimatına siz də xidmət etmiş olacaqsınız...

 

 





29.04.2022    çap et  çap et