525.Az

Britaniya və Almaniya səfirləri Azərbaycan xalqını təbrik edib


 

Britaniya və Almaniya səfirləri Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ramazan bayramını təbrik edib.

525.az xəbər verir ki, bu barədə Britaniya səfiri "Twitter"də bildirib.

"Əziz dostlar, Ramazan bayramını qeyd edən hər kəsi təbrik edirəm. Ruzi-bərəkətli gözəl bayram arzulayıram", - diplomat bildirib.

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq də Azərbaycan xalqının Ramazan bayramını təbrik edib. Bu barədə diplomat "Twitter"də paylaşım edib: "Ramazan bayramınız mübarək!"

 





02.05.2022    çap et  çap et