525.Az

Mirzoyan və Blinken Vaşinqtonda görüşəcək


 

Mirzoyan və Blinken Vaşinqtonda görüşəcək<b style="color:red"></b>

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

525.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüş Ermənistan XİN başçısının ABŞ-a səfəri çərçivəsində baş tutacaq.

Məılumata görə, katib Blinken və Ermənistanın xarici işlər naziri Mirzoyan Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayacaqlar.

Ermənistan XİN başçısı səfəri çərçivəsində USAİD-in direktoru Samata Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Sloatla da görüşəcək.

Qeyd edək ki, Mirzoyan mayın 6-dək ABŞ-da səfərdə olacaq.

 





02.05.2022    çap et  çap et