525.Az

Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirib


 

Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirib<b style="color:red"></b>

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terror təşkilatının 2 silahlısını zərərsizləşdirib.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter hesabında məlumat yayıb.

Məlumata görə, terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” antiterror əməliyyatı zonasında hərbçilərə atəş açıb və cavab atəşi ilə məhv edilib.

“Türkiyə Silahlı Qüvvələri terrorçuların silahlı hücum cəhdlərinə qarşı cavab tədbirləri görməyə davam edir”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, PKK silahlılarının 1984-cü ildən bu günə kimi Türkiyədə törətdikləri terror aktları nəticəsində təhlükəsizlik qüvvələrinin xeyli sayda əməkdaşı, mülki vətəndaşları həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

 





03.05.2022    çap et  çap et