525.Az

DİN universitet müəllimi ilə bağlı iddialara münasibət bildirib


 

DİN universitet müəllimi ilə bağlı iddialara münasibət bildirib<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev 525.az-a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq", - nazirlik nümayəndəsi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.

 





03.05.2022    çap et  çap et