525.Az

Sahibə Qafarova və Şentop İƏT PA-nın iclasına hazırlığı müzakirə edib


 

Sahibə Qafarova və Şentop İƏT PA-nın iclasına hazırlığı müzakirə edib<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə TBMM sədri “Twitter“ hesabında qeyd edib.

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan bayramını təbrik etdik. Regionda baş verənləri müzakirə etdik, may ayında Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasının əhəmiyyətindən bəhs etdik”, - Mustafa Şentop qeyd edib.

 





03.05.2022    çap et  çap et