525.Az

Hindistanda istilərə görə 25 nəfər ölüb


 

Hindistanda istilərə görə 25 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həddindən artıq istilər nəticəsində 25 nəfər ölüb. Səhiyyə Nazirliyi bildirib ki, may ayının əvvəlinə qədər 381 istivurma hadisəsi qeydə alınıb. Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək səviyyədə olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Şərqi Odişa əyalətində məktəblər bir həftə bağlandığı halda, ölkənin bir çox bölgəsində havanın temperaturu 45 dərəcəni keçib.

Məhəmməd Tağıyev

 





03.05.2022    çap et  çap et