525.Az

Vilayət Quliyev Bosniya və Herseqovinada səfir təyin edilib


 

Vilayət Quliyev Bosniya və Herseqovinada səfir təyin edilib<b style="color:red"></b>

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

525.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, V.Quliyev bundan əvvəl Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, ötən ilin iyulun 23-də Macarıstandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.

V.Quliyev 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-da Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 





04.05.2022    çap et  çap et