525.Az

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb


 

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən525.az-a bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Renault” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını deyib. Gömrük baxışı zamanı avtomobilin salonunda, yatağın içərisində və yataq yerinin altında xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 6400 ədəd “Parliament” və 12 min 200 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 





05.05.2022    çap et  çap et