525.Az

Türkiyədə müalicə olunan daha iki qazi geri dönüb


 

Türkiyədə müalicə olunan daha iki qazi geri dönüb<b style="color:red"></b>

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə geri dönüb.

Fonddan 525.az-a verilən xəbərə görə, Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

 





05.05.2022    çap et  çap et