525.Az

Azərbaycanın "OPEC+" çərçivəsində iyunda nə qədər neft hasil edəcəyi məlum olub


 

Azərbaycanın "OPEC+" çərçivəsində iyunda nə qədər neft hasil edəcəyi məlum olub <b style="color:red"></b>

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən 525.az-a verilən xəbərə görə, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərarına əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.

 





05.05.2022    çap et  çap et