525.Az

Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələri müəyyənləşdi - Siyahı


 

Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələri müəyyənləşdi - <b style="color:red"> Siyahı</b>



“Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

525.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə aşağıdakı əlavələr edilib:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan ilə Ermənistan arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi).

 





05.05.2022    çap et  çap et