525.Az

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib


 

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib<b style="color:red"></b>

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

525.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.

Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işləri nəzərdən keçirib.

 





07.05.2022    çap et  çap et