525.Az

"Qazaxın 7 kəndi və Kərkinin qaytarılması həllini tapacaq”


 

 "Qazaxın 7 kəndi və Kərkinin qaytarılması həllini tapacaq”<b style="color:red"></b>

"Qazaxın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır".

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bu ərazilər Azərbaycan ərazisidir. Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq", - X.Xələfov əlavə edib.

 





10.05.2022    çap et  çap et