525.Az

6 tondan çox narkotik vasitə müsadirə edilib


 

6 tondan çox narkotik vasitə müsadirə edilib<b style="color:red"></b>

2021-ci ildə hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8535 cinayət faktı aşkarlanıb.

525.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 3267-si narkotik vasitələrin qanunsuz satışı, 4780-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 379-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 109-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 607 kq 123,927 qr narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 637 kq 450,107 qr-nı heroin, 1 ton 266 kq 430,794 qr-nı marixuana, 827 kq 729,995 qr-nı tiryək, 74 kq 718,36 qr-nı həşiş, 90 qr-nı kokain və 197 kq 894,9 qr digərnarkotik vasitələr, 602 kq 809,771 qr-nı psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 55099 ədəd metadon, 49471 ədəd çətənə bitkisi, 2 kq 800 qr və 15 litr prekursor, 6 kq 613,425 qr güclü təsir edən maddələr, 132,5 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.

 





10.05.2022    çap et  çap et